Dondurmanın faydaları

Dondurma haqqında faydalı məlumatlar.
Meyvəli, şokoladlı və ya vanilli müxtəlif rəngli dondurmalar … Yay aylarının gəlməsi ilə bütün dondurma növləri həm uşaqlar, həm də böyüklər üçün daha cəlbedici bir desert olacaqdır. Şərbətli və ağır desertlər əvəzinə südlə hazırlanan dondurma, orta hesabla 120-200 kkal olan sağlam bir seçimdir.


3 top dondurmanın kalsiumu 1 stəkan südə bərabərdir
Kalsium həm sümük, həm də diş sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Bədənin hər gün kifayət qədər kalsium almadığı zaman sümük rezorbsiyası və diş çürüməsi kimi hallar qaçınılmaz olur. Bundan əlavə tədqiqatlar göstərir ki, qeyri-kafi kalsium qəbulu yağ hüceyrələrində daha çox yağ depolanmasını göstərir. Yarım stəkan süd ilə 120 mq kalsium alarkən eyni miqdarda dondurma ilə 150 mq kalsium alınır. Buna görə, süd tozu ilə deyil,südlə hazırlanan 3 top dondurma, 1 stəkan süd, 1 nazik dilim çörək və 1 porsiya meyvəyə bərabərdir.

Əzələləri düzgün işləməyini təmin edir.
Süddən hazırlanan bir desert növü olan dondurmalarda zülal keyfiyyəti olduqca yüksəkdir. Ayrıca A vitamini, B vitaminləri, kalsium, fosfor, maqnezium və kalium kimi maddələri özündə cəmləşdirir. Bu səbəblə dondurma əzələlərin müntəzəm düzgün işləməsini dəstəkləyir və beləliklə toxuma itkisinin qarşısını alır.



Hamiləlik dövründə ürək bulanmasının qarşısını ala bilər.
Hamiləliyin ilk həftələrində özünü göstərə bilən mədə bulanması, bəzi dövrlərdə sıx enerji məhdudiyyətləri və nizamsız qidalanmaya səbəb ola bilər. Bu dövrdə mümkün qədər ən sadə və neytral qidaya üstünlük vermək lazımdır. Dondurma, bu cür hallar yaşayan hamilə qadınlarda yaxşı bir protein mənbəyidir və qusma ilə sıx maye və mineral itkisi olduğu bu dövrdə mineral çatışmazlığını əvəz etməyə kömək edir.

Leave a comment